Loading
0%
Express order

Reviews

"YARAT" Contemporary Art Space
YARAT – Müasir İncəsənət Təşkilatı olaraq “İpək Su” / “Kristal LTD” MMC kollektivi  ilə 4 ildən bəridir işləyirik və bu məktub vasitəsilə bizə 19 litrlik bidonlarda təbii bulaq suyunu təmin edən, eyni zamanda yüksək səviyyəli xidmət və əməkdaşlıq göstərən “İpək Su” / “Kristal LTD” MMC kollektivinə  xoş məramlı minnətdaqlığımızı bildiririk. Bunu da qeyd etmək istəyirik ki, bu kollektivin hər bir üzvü, öz işlərini yerinə yetirməkdə böyük peşəkarlığa sahibdirlər. Bu, sifarişləimizi qəbul edib çatdırılma bilgilərini diqqətlə qeydə alan telefon operatorlarından başlayaraq, çatdırılma xidmətini dəqiqliklə yerinə yetirən Bakı şəhərinin yol hərəkətinə yaxşı bələd olan sürücülərə qədər belədir.
Şirkətin idari və maliyyə işləri departamentləri o cümlədən bizim tələblərimizi vaxtında yerinə yetirirlər. Burada “İpək Su” / “Kristal LTD” MMC-nin direktoru cənab Qüdrət İdayətov tərəfindən bizə çatdırılan bulaq suyunun bütün mərhələlərinə şəxsən nəzarət etməsini xüsusilə qeyd etmək istəyirik. Xahiş edirik bu məktubu təkcə təşəkkür məktubu kimi deyil, eyni zamanda tövsiyyə məktubu kimi nəzərə alasınız.
Download review
Sumitomo Corporation
Keyfiyyətinə güvəndiyimiz, tərkibinə inandığımız təbii bulaq suyu olan, "İpəkSu"-ya sonsuz təşəkkürümüzü bildiririk. Əməkdaşlıq etdiyimiz gündən etibarən servis xidmətinizdən razıyıq. "Kristal LTD"-nin rəhbərliyinə  və heyətinə minnətdarlığımızı bildiririk.
Download review
Evrascon JSC
"İpəkSu" bizim sevdiyimiz, məmnuniyyətlə içdiyimiz sudur. Həm məhsul, həm çatdırılma xidməti, həm də ofis heyəti bizimlə çox operativ maraqlanır. Maraqlananların nəzərinə çatdırırıq.
Download review
HAYAT Management
Maraqlanan şəxslərin nəzərinə çatdırırıq ki, "İpəkSu" məhsulunu həm su, həm də çay/qəhvə şəklində böyük zövq ilə içirik və başqlarına da məsləhət görürük.
Download review
Baku 4th Islamic Solidarity Games
"İpəkSu" bizim bir neçə ildir zövqlə içdiyimiz sudur. Göstərilən xidmətdən də, çox razıyıq. Vaxtında çatdırılma və individual yanaşmalarına görə bu şirkəti maraqlananlara məsləhət görürük.
Download review
A+A Group of Companies
Biz, “Kristal LTD” MMC şirkəti ilə uzun müddətdir əməkdaşlıq edirik. Bu müddət ərzində təqdim etdikləri “İpək Su”-yun dadından və keyfiyyətindən, göstərdikləri xidmətdən razıyıq. “Kristal LTD” MMC şirkətinin rəhbərliyinə və işçi heyyətinə uğurlar arzulayırıq..
Download review
Areva T&D SA
Biz “Kristal LTD”-ilə 2003-cü ildən bu günədək əməkdaşlıq edirik. Bu 6 ildə şirkətimizə suyun keyfiyyəti və ya çatdırılma xidməti ilə bağlı hər hansı bir şikayət daxil olmamışdır. Beynəlxalq  Şirkət olmaqla, biz hər il daxili tender keçiririk və bazar qiymətinə və keyfiyyət səviyyəsinə nəzarət edirik. Bütün bu illər ərzində, Şirkət bütün Təchizatçı şirkətlər arasında öz əlverişli qiyməti və keyfiyyətini qoruyub saxlaya bilmişdir.

Çatdırılma zamanı Təchizatçının nəzarətindən kənar, nəqliyyatın hərəkətinə qadağa qoyulması, qar yağması və ya digər bu kimi nadir hallarda hər hansı bir gecikmələr baş verdiyi təqdirdə,  Şirkət rəhbərliyi hər zaman bu hallara qarşı diqqətli davranır və Müştərilərin su ilə təmin olunması üçün bütün tədbirləri görür. Bir faktı da qeyd etmək lazımdır ki, ofis binalarımızdakı liftlər işləmədikdə, “Kristal LTD”-nin kuryerləri suyun lazımi ünvana vaxtında çatdırılması üçün onu pilləkənlərlə yuxarı mərtəbələrə özləri daşımışdır. Bu məsuliyyət hissi və münasibətinə heyran qalmamaq mümkün deyil.

Bizim sadəcə bir neçə dəfə normal çatdırılma qrafikindən kənar sifarişimiz olmuşdur . Qrafikdən kənar bütün bu kimi hallarda, həmin sifarişlər qeyri-iş günündə belə dərhal və müstəsna olaraq yerinə yetirilmişdir.

Əməkdaşlarımızla mütəmadi olaraq aparılan sorğulara əsasən, bizə çatdırılan suyun keyfiyyəti və ya dadı barədə heç bir zaman hər hansı bir şikayət olunmamışdır. Bundan əlavə, istehsal müəssisələrində yoxlamalar aparmış və keyfiyyət, gigiyena və texnologiya səviyyəsindən razı qalmışıq.

Azərbaycanda fəaliyyət göstərən istənilən şirkət və ya təşkilata “İpək Su” markası ilə fəaliyyət göstərən “Kristal LTD”-nin xidmətlərindən istifadə etməyi tövsiyə edirik.
Download review
Amrahbank ASC
Maraqlananların nəzərinə, Amrahbank ASC "Əməliyyat" filialının kollektivi Kristal şirkətinin qablaşdırdığı İpək Suyu-nu məmnuniyyətlə içir və hamıya tövsiyyə edir, Kristal şirkətinin keyfiyyətli məhsulundan və sürətli çatdırılma xidmətindən razılığımızı bildiririk.
Download review
ASB ASC
Yüksək və keyfiyyətli xidmət göstərməsi ilə əlaqədar Bankımız adından dərin minnətdarlığımızı bildiririk və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.
Download review
Asena LLC
“Kristal LTD” MMC şirkətinin əla daha və yüksək keyfiyyətə malik “İpək Su”-yunu 2005-ci ildən etibarən içməkdəyik. Gülərüzlü, mehriban personalından və şirkət rəhbərliyindən razılığımızı bildirirk.
Download review
Ateshgah Insurance Company LLC
Bildirirəm ki, "Atəşgah" Sığorta Şirkəti "Kristal LTD" MMC ilə 2004-cü il tarixdən əməkdaşlıq edir və Şirkətdə həmin Cəmiyyət tərəfindən təqdim olunan "İpək Su" təbii bulaq suyundan istifadə olunur. Əməkdaşlıq etdiyimiz dövrdə su sifarişi ilə bağlı tələblər vaxtlı-vaxtında, keyfiyyətlə yerinə yetirilmiş və "Kristal LTD" MMC-nin xidmətlərindən narazı qalmamışıq.
Download review
AutoStar Kaukasus GmbH
Şirkətimiz 2000-ci ildən etibarən Kristal ltd.-nin istehsalı olan İpək Su-dan istifadə edir. Suyun keyfiyyəti, xoş dadı və servis personalının ciddi münasibətindən razılığımızı bildiririk. Bütün şirkətlərə tövsiyyə edirik.
Download review
Azeri Asist
Biz, "Azəri-Assist" MMC şirkəti olaraq "Kristal LTD" MMC şirkəti ilə 2007-ci il tarixdən əməkdaşlıq edirik. Təqdim etdikləri, "İpək Su" təbii bulaq suyundan istifadə edirik və suyun keyfiyyəti bizim üçün xüsusi önəm kəsb etmişdir. Bu dövrə qədər verdiyimiz sifarişlər vaxtlı-vaxtında yerinə yetirilib. Heç vaxt onların xidmətlərindən narazı qalmamışıq. İşçi heyyətinin xidməti səviyyəsi lazımınca qiymətləndirilir. "Kristal LTD" MMC şirkətinə gələcək işlərində uğurlar arzulayırıq və digər şirkətlərə də onlarla partnyorluq əlaqələri yaratmaq tövsiyyə olunur.
Download review
Azerkorpu JSC
“İpək Su” 3 ildir ki şirkətimizin bütün şöbələrində məmnuniyyətlə içilir. Sifarişlərimizin vaxtında yerinə yetirilməsindən və suyun keyfiyyətindən razıyıq. Bütün şirkətlərə tövsiyyə edirik.
Download review
Azerlotoreya OJSC
Biz əməkdaşlıq müddətində "Kristal LTD" tərəfindən bizə göstərilən xidmətlərin bizi məmnun etdiyini bildiririk. Onların "İpəkSu" bulaq suyu həqiqətəndə çox yumşaq, dadlı, İpək kimi sudur. Şirkətin əməkdaşları çox operativ və mədənidirlər. Bu şirkətlə əməkdaşlıq etməyə daim hazırıq.
Download review
BM International LLC
Bizim seçdiyimiz və sevərək içdiyimiz su, “Kristal LTD” MMC şirkətinin bizə təqdim etdiyi “İpək Su” adlı bulaq suyudur. Xaçmaz rayonunda yerləşən bu bulaq suyu müxtəlif minerallarla zəngin bir tərkibə malikdir. Suyun ləziz dadı içənlərə sərinlik və yüngüllük bəxş edir. “Kristal LTD” MMC şirkətinin bizə təqdim etdiyi bu təbii su və suyun bizə çatdırılmasında göstərdikləri diqqət və əlaqə tərifə layiqdir. Biz “Kristal LTD” MMC şirkətinə işlərində uğurlar arzulayırıq.
Download review
AzTime
Biz artıq bir neçə ildir ki, AZTIME saat mağazalarında "İpəkSu"dan istifadə edirik. Bu su keyfiyyətlidir və onun çatıdırılması çox operativdir. İçdiyimiz suyun keyfiyyəti bizim üçün çox önəmlidir. Elə buna görə də biz "İpəkSu"ya etibar edirik. Dostlarımıza da məsləhət görürürk.
Download review
Ayma Alyans
"Kristal LTD" bizim su çatıdılrmasını həyata keçirən tərəfdaşımızdır. Uzun əməkdaşlıq illəri ərzində öz işini peşəkarcasına və məsuliyyətlə yerinə yetirməkdədir.
Download review
Bumi Armada
2001-ci ildən bu yana biz "İpəkSu" məhsulunu "Kristal LTD" şirkətindən sifariş edirik. Şirkət suyu Xaçmaz rayonundan çatdırır. Suyun dadı,
beynəlxalq standartlara uyğun olması və servisin səviyyəsi bu şirkətlə əməkdaşlıq etməyimizə səbəb oldu. Göstəriıən xidmətlərə görə "Kristal LTD"yə minnətdarlığımızı bildiririk. Hamıya tövsiyyə edirik!
Download review
Caspian Geophysical JV LLC
Məmnunluqla bildirmək istərdim ki, Sizin başçılıq etdiyiniz “Kristal LTD” MMC şirkəti ilə bizim uzun-müddətli səmərəli əməkdaşlıq əlaqələrimiz yaranıb. Bu müddət ərzində Sizin işçiləriniz tərəfindən bizə göstərilən xidmətin yüksək olaraq qalır və bizim üçün çox önəmlidir. Gələcəkdə əməkdaşlıq etmək ümidi ilə.
Download review
Top