YÜKLƏNİR
0%
Bİrbaşa sİfarİş
2.90₼ ədəd
Yeni məhsul

Acqua Panna qazsız 250ml şüşə

Dünyanın ən yüngül azminerallı mineral sularından biri – "Acqua Panna" təbii suyu – Apennindəki yeraltı mənbədən qaynaqlanır və bir neçə süxur təbəqələrindən keçərək təbii üsulla minerallarla doyurulur. Su, hətta ən incə tamları belə artıra bilən yaxşı balanslaşdırılmış, təzə, qazsız bir dada malikdir. Bu da onu mətbəx təamlarına əla bir əlavə edir. Suda az miqdarda natrium, bundan əlavə kalsium, sulfatlar və bikarbonatlar kimi mineral maddələr vardır.
"Panna" mineral suyunun adı, Florensiyanın şimalındakı Toskananın təpələrində, Villa Pannada kəşf edildiyi yerdən götürülmüşdür. XVI əsrdə bu yer Mediçi ailəsinə aid idi. Bu fakt, suyun tanınmasında böyük rol oynadı. Belə ki, Mediçi ailəsi müxtəlif dadlı yeməklərlə birgə həmin mənbədən qaynaqlanan mineral suyun verildiyi möhtəşəm ziyafətləri ilə məşhur idi. 1860-cı ildə Villa Pannanın növbəti sahibləri – Torricani markizləri, 54 litrlik hörgülü butulkalarda suyu qablaşdırmağa başladılar. 1910-cu ildə isə Acqua Panna suyunun 1 litrlik şüşə qablarda istehsalına başladılar. 1938-ci ildə qraf Kontini Bonakkossi "Acqua Panna" su istehsalı üçün "Societa Panna" şirkətini qurdu. 1957-ci ildə məşhur San Pellegrino şirkəti Acqua Panna markasını satın alır. Maraqlıdır ki, 1970-ci ildə Acqua Panna zavodu plastik şüşələrə su doldurma xətti olan ilk İtaliya şirkəti oldu. 2003-cü ildə "Aqua Panna" Beynəlxalq Somelye Assosiasiyasının rəsmi suyu oldu.




Daha çox göstər <
Daha az göstər >
SO42- 402,0 HCO3- 243,0
Ca2+ 164,0 Cl- 49,4
Mg2+ 49,5 Na+ 31,2
К+ 2,2 pH 7,8
Texniki xüsusiyyətlər:
Həcm 250 ml
Qutuda sayı, əd 24 ədəd qutuda
Region Italiya
İstehsalçı: San Pellegrino S.p.A.
Qablaşdırma materialı: Şüşə
Brend Acqua Panna
Qazlaşdırma Qazsız
Qablaşdırma tarixi Etiket üzərində qeyd olunmuşdur
İstifadə müddəti 24 ay
Saxlama şəraiti +5° С-dən +25° С-dək
69.60 AZN
Hazırda : 2 ədəd mövcuddur.

yuxarı