YÜKLƏNİR
0%
Bİrbaşa sİfarİş

Şirkət haqqında

Şirkətimizin tarixi təmiz havası və səfalı təbiəti ilə seçilən Xaçmaz rayonunun Qımıl-Qışlaq artezian bulağının mənşəyindən başlayaraq 1997-ci ildən əsasını götürmüşdür. Yarandığımız gündən biz təklif etdiyimiz məhsul və xidmətlərin keyfiyyətinin daim təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişik. Bu gün bizim 5 mindən çox fərdi və korporativ müştəriyə xidmət göstərən 120-dən çox mütəxəssisin çalışdığı müasir istehsal kompleksimiz var. Yüksək su keyfiyyəti standartlarına və xidmət səviyyəsinə davamlı tərəfdarlığımız, bizə hətta ən tələbkar müştərilərin etibarını qazanmağa və öz sahəmizdə lider mövqe tutmağa imkan vermişdir.

ipeksu (003).jpg

SOSİAL MƏSULİYYƏT SİYASƏTİ

İpəksu öz əsas prinsiplərinə sadiq qalaraq ictimai öhdəliklərinə hər zaman həssas yanaşmışdır. Sosial məsuliyyətləri arasında ən mühüm yer tutan ətraf mühitin qorunmasına yardım etmək, sağlamlıq və əməyin təhlükəsizliyini təmin etmək, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməkdir.

Su yer kürəmizin ən dəyərli təbii sərvətlərindəndir və bizim şirkətin əsas məhsuludur. Biz ətraf mühitin qorunmasını və onun sərvətlərindən məsuliyyətlə istifadə olunmasının əhəmiyyətini dərk edirik. İpəksu ətraf mühit üçün ziyansız bir məhsul təklif edərək, iş və ev mühitində sizin sağlam həyat tərzinizi davam etdirmək üçün münasib su mənbəyi təmin edir.

Şirkət öz istehsal və çatdırılma proseslərində ekoloji məsələlərə xüsusi diqqət göstərir. İstifadə olunan avadanlıqlar və avtomobillərin, material və məhsulların ətraf mühitinin qorunması üzrə beynəlxalq tələblərə cavab verməsi şirkətin daima əhəmiyyət verdiyi amillər olmuşdur. Bu gün hər kəsə məlumdur ki, təkrar istifadə olunan qablar, xüsusi ilə böyük həcmli su qabları bir səfərlik qablara nisbətən ekologiyanın qorunmasına daha böyük töhfə verir.
Eyni zamanda, İpəksu-yun özünəməxsus tərkibi çay, qəhvə və yemək hazırlanmasında istifadə edilərkən, daha az çay, qəhvə və məhsul sərf edilməsi ilə daha gözəl dad almaq imkanı verir. Bu öz növbəsində evdə və işdə istifadə olunan qida maddələrinin daha qənaətli işlədilməsinə yol açır.

İş əsnasında qəza hadisələrinə yol verilməməsi, insanlara xəsarət yetirilməməsi, işçilərin və üçüncü şəxslərin gərəksiz risklərə məruz qalmaması şirkətimizin iş qaydalarına aid olan əsaslardır. Avadanlıqlar və nəqliyyat vasitələrinin istismarı ilə bağlı texniki təhlükəsizlik məsələləri hər zaman əhəmiyyət verilən şərtlərdir.

Suyun həyat mənbəyi olduğunu əsas alaraq, İpəksu sağlam həyatın təbliğ olunmasını və bunun geniş kütlələr tərəfindən öyrənilməsi, yaşanmasını özünə məqsəd etmişdir. Bunun üçün başda öz müştəriləri olmaq üzrə sağlam həyat prinsipləri, o cümlədən içməli su ilə bağlı mühüm olan informasiyanı vətəndaşlara çatdırır. Bunların geniş kütlələr tərəfindən tətbiq edilməsinə zəmin yaratmaq üçün kampaniyalar və aksiyaların keçirilməsini nəzərdə tutur.

ŞİRKƏT MİSSİYASI

Müştərilərimizə ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli artezian suyu təklif etməklə onların həyat keyfiyyətini və sağlamlığını yaxşılaşdırmağa çalışırıq. Biz əminik ki, su həyat və sağlamlığın əsas mənbəyi olmaqla həm də əhval-ruhiyyəni və özünüdərketməni yaxşılaşdıra bilən qüvvədir.

Artezian suyunun üstünlüyü onun xüsusi enerjisində və yerin dərinliklərindən keçərək onun gücünü özündə cəmləşdirən mineral tərkibindədir. Belə su saf və təmiz qalır, həmçinin orqanizm üçün ən faydalı sulardan biri hesab olunur. Biz fəxr edirik ki, məhsulumuz müştərilərə təkcə fiziki deyil, həm də ruhi harmoniya gətirir, onlara balans və rifah axtarışlarında dəstək verir.

Müştərilərimizin həyatının qayğısına qalmaq həm də onların vaxtının və rahatlığının qayğısına qalmaqda özünü göstərir. Həm suyu birbaşa qapınınıza çatdırmaqla, həm də zəng mərkəzi üzərindən gün boyu dəstək verməklə biz müştərilərimizə ən yüksək keyfiyyətli xidməti təklif edirik.



yuxarı