YÜKLƏNİR
0%
Bİrbaşa sİfarİş

İstifadəçi razılaşması

SERVİSDƏN İSTİFADƏ QAYDALARI

redaksiya №1
təsdiqlənmə tarixi: 15 Mart 2019 il
saytda yerləşdirilmə tarixi: 15 Mart 2019 il
qüvvəyə minmə tarixi: 15 Mart 2019 il



“Kristal LTD” MMC-nin (bundan sonra Kristal LTD) VÖEN 1500151761 hazırkı istifadəçi razılaşması sifarişin rəsmiləşdirilməsi ilə və ya ipeksu.az saytında qeydiyyatdan keçməklə onun şərtləri ilə razılığınızı bildirdikdə qüvvəyə minir.

1. İstifadəçi razılaşmasının predmeti

1.1. Kristal LTD öz xidmətlərini hazırkı istifadəçi razılaşmasının predmeti olan şərtlərlə təklif edir.
1.2. Razılaşma xüsusi bildiriş olmadan dəyişdirilə bilər. Razılaşmanın yeni redaksiyasında digəri nəzərdə tutulmayıbsa, o dərc olunduğu tarixdən 3 (üç) gün sonra qüvvəyə minir. Razılaşmanın qüvvədə olan redaksiyası https://ipeksu.az/terms-and-conditions saytında yerləşdirilib.

2. Xidmətlərin təsviri

2.1. Kristal LTD istifadəçilərinə satdığı hazır yeməklərin sürətli sadə axtarışı və sifarişi (bundan sonra xidmətlər) üçün geniş imkanlar təklif edən çatdırılma xidmətidir, həmçinin o İstifadəçilərdən sifarişlərin ödənişi kimi pul vəsaitlərini qəbul edir.
2.2. Göstərilən xidmətlər informasiya xarakteri daşıyır və İstifadəçiyə təmənnasız əsaslarla göstərilir.
2.3. İstifadəçi Kristal LTD-ın çatdırılan məhsulların keyfiyyəti, gecikmə, xətalar, yanlış və ya vaxtında həyata keçirilməyən çatdırılmaya görə məsuliyyət daşıdığı, lakin istifadəçinin hər hansı fərdi məlumatının silinməsi və ya qorunmamasına görə məsuliyyət daşımadığı ilə razılaşır.
2.4. Kristal LTD xidmətlərindən faydalanmaq üçün İnternetə çıxış imkanı (WWW) olan kompüter/digər elektron qurğu olmalıdır.
2.5. İstifadəçi Sifarişi Saytda müstəqil şəkildə rəsmiləşdirir.
2.6. İstifadəçi sifarişə görə ödənişi mövcud üsullardan biri ilə həyata keçirir:
2.6.1. bilavasitə sifarişi alan zaman nağd pul vəsaitləri, bank kartı və ya digər üsullarla.
2.6.2. Kristal LTD Saytında VISA/MasterCard bank kartları ilə “MilliKart” /”Paşabank” ödəniş sistemləri vasitəsilə online ödəniş. Sifarişə görə pul vəsaitlərinin köçürülməsi ilə bağlı bütün əlavə xərcləri İstifadəçi ödəyir.

Sifarişi rəsmiləşdirdikdən sonra online ödəniş seçilən zaman İstifadəçi “MiliKart” mühafizə olunan ödəniş səhifəsinə (millikart.az) və ya Paşabank (pashabank.az) yönləndiriləcək, burada o bank kartının məlumatlarını daxil etməlidir. Kart sahibinin əlavə autentifikasiyası üçün 3D Secure protokolu istifadə edilir. Əgər İstifadəçinin Bankı bu texnologiyanı dəstəkləyirsə, İstifadəçi əlavə identifikasiya üçün onun serverinə yönləndiriləcək. İstifadəçi əlavə identifikasiya qaydaları və metodları barədə məlumatı ona bank kartını verən Bankda dəqiqləşdirə bilər.

Ödəniş üçün təqdim olunan məbləğ yalnız Sifarişin dəyəridir. Xidmət haqqı (çatdırılmaya görə əlavə ödəniş kimi) Sifariş alınan zaman götürülür.

Sifarişin tərkibi və ya yekun qiyməti dəyişdikdə, həmçinin əlavə ödəniş tələb olunduqda (Məhsulun çatdırılması və ya digər əlavə xidmətlərin göstərilməsinə görə) Sifarişin yerinə yetirilməsinə görə hesablaşma aşağıdakı qaydada aparılır:
- Sifarişin qiyməti artdıqda, həmçinin əvvəlcədən Sifarişə daxil olmayan əlavə xidmətlərə görə ödəniş tələb olunduqda - əlavə məbləğ Müştəri tərəfindən Kristal LTD kuryerinə Məhsul alınan zaman ödənilir;
- Sifarişin qiyməti azaldıqda, həmçinin Müştəri hazırkı Qaydalara uyğun olaraq həyata keçirilən Sifarişdən tam və ya qismən imtina etdikdə, qiymət fərqi Kristal LTD tərəfindən Müştəriyə üç bank günü ərzində geri qaytarılır. Pul vəsaitləri Müştərinin Sifarişə görə ödəniş etdiyi karta köçürülür.

2.6.3. Ödənişi həyata keçirməkdən imtina halları:
- bank kartı internet vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulmayıb, bu barədə Bankınızda öyrənə bilərsiniz; - bank kartında ödəniş üçün kifayət qədər vəsait yoxdur. Bank kartında vəsaitlərin olub-olmaması barədə ətraflı məlumatı bank kartını buraxan banka müraciət edərək öyrənə bilərsiniz; - bank kartının məlumatları düzgün daxil edilməyib; - bank kartının istifadə müddəti bitib. Bank kartının istifadə müddəti kartın üz tərəfində göstərilib (bu kartın son istifadə müddəti olan ay və ildir). Kartın istifadə müddəti barədə ətraflı məlumatı bank kartını buraxan banka müraciət edərək öyrənə bilərsiniz;

“Millikart” MMC/“Paşabank” ASC İstifadəçinin bank kartı məlumatlarını PCI DSS 2.0 təhlükəsizlik standartı ilə mühafizə edir və emal edir. Məlumatın ödəniş şlüzuna ötürülməsi SSL şifrələmə texnologiyası vasitəsilə həyata keçirilir. Məlumatın sonrakı ötürülməsi yüksək etibarlılıq səviyyəsinə malik bağlı bank şəbəkələri ilə həyata keçirilir. “Millikart” MMC/“Paşabank” ASC istifadəçinin kart məlumatlarını Kristal LTD və digər üçüncü şəxslərə ötürmür. Kart sahibinin əlavə autentifikasiyası üçün 3D Secure protokolu istifadə edilir. “Millikart” MMC/“Paşabank” ASC internet ödənişlərinin təhlükəsiz emalına zəmanət verir. Ödəniş kartları ilə bütün əməliyyatlar VISA International, MasterCard və digər ödəniş sistemlərinin tələblərinə uyğun olaraq aparılır. Məlumatın ötürülməsi zamanı kartla aparılan onlayn ödənişlərin xüsusi təhlükəsizlik texnologiyaları istifadə olunur, məlumatların emalı prosessinq şirkəti tərəfindən təhlükəsiz yüksək texnoloji serverdə həyata keçirilir.

Həyata keçirilən ödəniş barədə suallar yarandıqda, İstifadəçi:
“Millikart” MMC: +99412 431 2202 telefonu və ya *8893 qısa nömrəsi ilə müştərilərə dəstək xidmətinə müraciət edə bilər.
“Paşabank” ASC: +99412 496 5000 telefonu və ya *9123 qısa nömrəsi ilə müştərilərə dəstək xidmətinə müraciət edə bilər.

2.7. İstifadəçi Sifarişdən imtina etdikdə və ya Kristal LTD məhsulların satışı şərtlərini pozduqda, o cümlədən, lakin bunlarla məhdudlaşmadan: məhsulların satışından birtərəfli imtina, çatdırılma müddətinin pozulması və ya məhsulların keyfiyyətinin uyğunsuz olması və s. hallarda, İstifadəçi çatdırılma vaxtından/Sifarişin alınması anından 24 saat ərzində office@kristal.az e-mail ünvanı və ya +99412 514 1414 telefon nömrəsi vasitəsilə Kristal LTD-a Sifarişdən imtina barədə xəbər verməli, Sifarişə görə ödənişi təsdiq edən sənədləri və pul vəsaitlərinin geri qaytarılmasına dair ərizəni təqdim etməli və ödənilən pul vəsaitlərinin geri qaytarılmasını tələb etməlidir.

Pul vəsaitləri Sifarişə görə ödəniş olunduğu andan 10 (on) gün ərzində geri qaytarılır. Sifarişə görə ödəniş olunduğu andan 1 (bir) gün sonra Kristal LTD İstifadəçidən Sifarişdən imtina və pul vəsaitlərinin geri qaytarılması barədə bildiriş almazsa, Sifariş həyata keçirilmiş hesab olunur, ona görə pul vəsaitləri geri qaytarılmır. İstifadəçinin Saytda bank kartı ilə ödədiyi pul vəsaitləri yalnız ödənişin həyata keçirildiyi karta qaytarılır..

2.8. İstifadəçinin əvvəl rəsmiləşdirilən Sifarişləri onun günahı ilə çatdırılmadıqda (məsələn, Sifarişin çatdırılması zamanı İstifadəçi qapını açmayıb və ya kuryerin zənginə cavab verməyib və yaxud İstifadəçi mövcud olmayan çatdırılma ünvanını qeyd edib və s.), Kristal LTD İstifadəçiyə “kuryerə nağd və ya kartla” ödəniş üsulu ilə Sifarişi rəsmiləşdirməkdən imtina etmək hüququna malikdir.

2.9. Bank kartı üzrə əməliyyatların avtorizasiyası bank tərəfindən həyata keçirilir. Əgər bankın əməliyyatın dələduzluq xarakteri daşıdığına güman etməyə əsası varsa, bank bu əməliyyatı həyata keçirməkdən imtina etmək hüququna malikdir. Bank kartları ilə dələduzluq əməliyyatları cinayət hesab olunur.

2.10. Bank kartları ilə ödəniş zamanı dələduzluq hallarının qarşısını almaq üçün bank kartı ilə həyata keçirilən ödənişlər Kristal LTD tərəfindən mövcud imkanlar çərçivəsində yoxlanıla bilər. Bu cür ödənişi rəsmiləşdirən istifadəçi Kristal LTD-dan daxil olan sorğu ilə bank kartının qanuni istifadə olunduğunun təsdiqlənməsi üçün lazımi sənədlərin surətini təqdim etməlidir.

3. Qeydiyyat və saytın istifadəsi ilə bağlı öhdəliklər

3.1. Kristal LTD saytında qeydiyyat könüllü və ödənişsizdir.
3.2. Kristal LTD xidmətlərindən faydalanmaq üçün istifadəçi özü haqqında qeydiyyat formasında verilən suallarla bağlı düzgün, dəqiq və tam məlumat verərək qeydiyyat formasını doldurmalı və Razılaşmanın şərtləri ilə razılığını bildirməlidir.
3.3. İstifadəçi düzgün məlumat təqdim etmədikdə və ya Kristal LTD-ın təqdim olunan məlumatın düzgün, tam və ya dəqiq olduğuna dair şübhə etməyə əsası olduqda, Kristal LTD İstifadəçinin qeydiyyatını dayandırmaq və ya ləğv etmək və ona xidmətlərinin istifadəsində imtina etmək hüququna malikdir.

4. Qeydiyyat, parol və təhlükəsizlik

4.1. Qeydiyyat başa çatdıqdan sonra İstifadəçi şəxsi kabinetə (https://ipeksu.az/personal/) daxil olmaq üçün login və parol əldə edir. .
4.2. İstifadəçi login və parolunun təhlükəsizliyi, həmçinin Kristal LTD saytında öz login və parolu ilə aparılan bütün əməliyyatlara görə məsuliyyət daşıyır.
4.3. İstifadəçi Kristal LTD-ı öz login və parolu ilə istənilən icazəsiz giriş və/və ya təhlükəsizliyin istənilən pozulma halı barədə dərhal məlumatlandırmaq öhdəliyinin olması ilə razılaşır.

5. Kristal LTD saytında yerləşdirilən materiallardan istifadə şərtləri

5.1. Saytda müəllif hüququ ilə mühafizə olunan materiallar - əmtəə nişanları və qanunla mühafizə olunan digər materiallar (o cümlədən, mətnlər, şəkillər, qrafiki təsvirlər).
5.2. Saytın bütün məzmunu Azərbaycan Respublikasının müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyinə uyğun olaraq kollektiv yaradıcı əməklə yaradılan əsər kimi müəllif hüququ ilə mühafizə olunur.
5.3. Saytda dərc olunan materiallarda ayrıca qeyd olunan hallar istisna olmaqla, saytın məzmunundan istifadəyə müəllif hüququ (o cümlədən, sayda olan məlumatların seçilməsi, yerləşdirilməsi, sistemləşdirilməsi və dəyişdirilməsi hüququ, həmçinin ilkin məlumatlara hüquq) Kristal LTD-a məxsusdur.
5.4. İstifadəçi saytın məzmununa dəyişiklik daxil etmək, dərc etmək, üçüncü şəxslərə ötürmək, satışı və ya ötürülməsində iştirak etmək, törəmə məhsullar yaratmaq və ya digər üsulla saytın məzmunundan tam və ya qismən istifadə etmək hüququna malik deyil.
5.5. İstifadəçi saytı yalnız qanuni məqsədlərlə istifadə etməyi öhdəsinə götürür.
5.6. İstifadəçi saytda aşağıdakı xarakterə malik istənilən materialları yerləşdirməyi və sayt vasitəsilə harasa göndərməməyi öhdəsinə götürür:
- qanunvericiliyi pozan, təhdid və təhqir olan, digər şəxsləri nüfuzdan salan, vətəndaşların şəxsi həyat hüququnu və ya ictimai qaydanı pozan, ədəbsiz olan;
- bu və ya digər dərəcədə digər şəxslərin şərəf və ləyaqətini, hüquqlarını və qanunla mühafizə olunan maraqlarını pozan;
- dini, irqi və ya milllətlərarası ədavətə səbəb olan və ya ona çağırışları ehtiva edən, düşmənçiliyin aşılanması cəhdləri və ya zorakılığa çağırışları ehtiva edən;
- həmçinin, digər şəxsləri hüquqazidd davranışa təşviq edən, cinayət, mülki-hüquqi və ya digər məsuliyyətə səbəb olan və ya hər hansı üsulla qanunvericiliyin müddəalarını pozan digər materiallar.
5.7. İstifadəçi Kristal LTD-ın əvvəlcədən razılığını almadan hər hansı əmtəə və ya xidmətlərin reklamı olan materialları saytda yerləşdirməməyi və sayt vasitəsilə göndərməməyi öhdəsinə götürür.
5.8. İstifadəçi saytı reklam və ya istənilən formada istənilən əmtəə və xidmətlərin satışının digər yolla təşviqi üçün istifadə etməməyi öhdəsinə götürür.
5.9. İstifadəçi mühafizə olunan materiala hüquq sahibinin ifadə olunmuş icazəsini almadan əqli mülkiyyət haqqında qanunvericiliklə (o cümlədən, müəllif hüququ, əmtəə nişanları barədə qanunvericiliklə) mühafizə olunan hər hansı materialları və qanunvericiliklə mühafizə olunan digər materialları sayta yükləməməyi, yerləşdirməməyi və ya digər üsulla istifadə etməməyi öhdəsinə götürür. İstifadəçinin saytda material yerləşdirməsinin üçüncü şəxslərin yerləşdirilən materiallara müəllif, əlaqədar hüquqları və digər hüquqlarını pozmadığını İstifadəçi öz sübut etməlidir.
5.10. Kristal LTD istifadəçinin dərc etdiyi rəylərə görə məsuliyyət daşımır.
5.11. Kristal LTD İstifadəçinin rəyinə şərh yerləşdirmək hüququnu özündə saxlayır. Kristal LTD İstifadəçinin Azərbaycan qanunvericiliyini pozan və üçüncü şəxslərin qanuni maraqlarına ziyan vuran rəylərini yerləşdirməmək hüququnu özündə saxlayır.

6. Kristal LTD-ım mülkiyyət hüquqları

6.1. İstifadəçi Kristal LTD servisi və onunla əlaqəli bütün lazımi proqramların əqli mülkiyyət haqqında qanunlar və digər Azərbaycan Respublikasının qanunları və beynəlxalq qanunlarla mühafizə olunan məxfi məlumatı ehtiva etdiyini qəbul edir və bununla razılaşır. İstifadəçi bu məzmunu və proqramları nə tam, nə də qismən dəyişməməyə, satmamağa, yaymağa razılıq verir. 

7. 
Məxfilik

7.1. Kristal LTD saytında qeydiyyat/sifarişin rəsmiləşdirilməsi zamanı İstifadəçi aşağıdakı məlumatları təqdim edir: ad, soyad, elektron poçt ünvanı və/və ya əlaqə nömrəsi, sifarişin çatdırılacağı ünvan.
7.2. Hazırkı İstifadəçi razılaşmasının icrası məqsədilə Kristal LTD əlaqəli şəxslər və/və ya tərəfdaşların iştirakı ilə servisin yeni funksionalını (o cümlədən, informasiya, reklam, əyləncə və digər xarakterli məhsullar) inkişaf etdirir, optimallaşdırır və tətbiq edir. Göstərilən məqsədlərə nail olmaq, həmçinin İstifadəçini öz xidmətləri barədə məlumatlandırmaq, Kristal LTD tərəfindən əmtəə və xidmətlərin təbliği, elektron və sms sorğuların aparılması, İstifadəçi tərəfindən fərdiləşdirilmiş (hədəf) reklamın alınması, marketinq aksiyalarına nəzarət, müştəri dəstəyi, məhsulların İstifadəçilərə çatdırılmasının təşkili, İstifadəçilər arasında mükafatların oynanılması, İstifadəçinin məmnuniyyəti və çatdırılma xidmətinin göstərdiyi xidmətlərin keyfiyyətinə nəzarət, bu cür məlumatların yoxlanması, tədqiqi və təhlili məqsədilə İstifadəçi qeydiyyat/sifarişin rəsmiləşdirilməsi zamanı Kristal LTD-a tətbiq olunan qanunvericiliyə əməl olunması şərti ilə məlumatların emalını, yəni bu cür məlumatların tam ədəd və/və ya mətn və identifikatorlar şəklində avtomatlaşdırılmış emalı nəticələrinin, onların emala dair tapşırığın yerinə yetirilməsi üçün əlaqəli şəxslər və/və ya tərəfdaşlara ötürülməsi, həmçinin İstifadəçinin məlumatları və İstifadəçi ilə əlaqəli digər məlumatların əlaqəli şəxslər və /və ya tərəfdaşlardan toplanmasını (yığılmasını) tapşırır. Kristal LTD Saytın fəaliyyəti ilə əlaqəli statistik məlumatın üzərində sərəncam vermək hüququna malikdir.
7.3. İstifadəçi ilə əlaqədar məlumatlar dedikdə texniki vasitələr (qurğular) və Kristal LTD və/və ya əlaqəli şəxslər və/və ya tərəfdaşların servisi ilə texnoloji əlaqə üsulları (xostun IP-ünvanı, əməliyyat sisteminin növü, brauzerin növü, coğrafi yerləşmə, provayder barədə məlumatlar və digər), İstifadəçinin fəallığı barədə məlumatlar, həmçinin göstərilən üsullarla əldə olunan digər məlumatlar başa düşülür.
7.4. Məlumatların emalı dedikdə avtomatlaşdırma vasitələri ilə və ya və bu vasitələr istifadə edilmədən fərdi məlumatlarla istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu, o cümlədən, toplanma, yazılma, sistemləşdirmə, yığılma, saxlanma, dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə), tutuşdurma, çıxarma, istifadə, Kristal LTD-ın əlaqəli şəxsləri və/və ya tərəfdaşlarına ötürmə, anonimləşdirmə, bloklama, silmə, məhv etmə başa düşülür.
7.5. Kristal LTD öz adından müstəqil şəkildə və ya texniki tərəfdaşları cəlb etməklə İstifadəçinin elektron poçtuna, mobil telefonuna və ya onun istifadə etdiyi Kristal LTD tərəfdaşlarının servisləri (sosial şəbəkələr, messencerlər və digər) vasitəsilə informasiya xarakterli, o cümlədən servis və reklam mesajları göndərmək hüququna malikdir. İstifadəçi səbəbini izah etmədən reklam xarakterli və digər məlumatı almaqdan imtina etmək hüququna malikdir. İstifadəçini sifariş və onun emal mərhələləri barədə məlumatlandıran servis mesajları avtomatik olaraq göndərilir və İstifadəçi tərəfindən rədd edilə bilməz. Reklam xarakterli və digər məlumatı almaqdan imtina İstifadəçinin profilinin redaktə olunması və ya onun məlumat mərkəzi və ya müştərilərə dəstək şöbəsinə office@kristal.az müraciət etməsi ilə həyata keçirilir. İstifadəçi məlumat mərkəzi və ya müştərilərə dəstək şöbəsinə office@kristal.az profilinə xidmətin dayandırılması xahişi ilə müvafiq ərizəni göndərməklə fərdi məlumatlarının emalına razılığı geri çağırmaq.
7.6. Kristal LTD “cookies” texnologiyasından istifadə etmək hüququna malikdir. “Cookies” məxfi məlumatı ehtiva etmir və Kristal LTD “cookies” barədə məlumatı İstifadəçi qarşısında öhdəliklərin icrası üçün, statistika və reklam mesajlarının optimallaşdırılması məqsədilə Kristal LTD ilə müqavilə bağlamış Tərəfdaşlar, agentlər və üçüncü şəxslərə göndərmək hüququna malikdir.
7.7. Kristal LTD ipeksu.az saytının ziyarətçisinin ip-ünvanı barədə məlumatı əldə edir. Bu məlumat ziyarətçisinin şəxsiyyətinin müəyyən edilməsi üçün istifadə olunmur.
7.8. Kristal LTD İstifadəçinin Saytda hamı üçün giriş imkanı olan formada təqdim etdiyi məlumatlara görə məsuliyyət daşımır.
7.9. Kristal LTD İstifadəçi ilə telefon danışıqlarını qeyd edir. Kristal LTD telefon danışıqları zamanı alınan məlumata icazəsiz giriş cəhdləri və/və ya onun sifarişlərin icrasına bilavasitə aidiyyəti olmayan üçüncü şəxslərə ötürülməsinin qarşısını almağı öhdəsinə götürür.

8. Ümumi müddəalar

8.1. Hazırkı Razılaşma Azərbaycan qanunvericiliyinin normaları ilə tənzimlənir.
8.2. Razılaşmaya dair ola biləcək bütün mübahisələr Azərbaycanın qüvvədə olan qanunvericilik normalarına əsasən həll edilir.
8.3. Hazırkı Razılaşmanın şərtləri təmənnasız olduğuna görə istehlakçı hüquqların müdafiəsi haqqında normalar İstifadəçi və Kristal LTD arasında olan münasibətlərə şamil oluna bilməz.
8.4. Razılaşmada olan heç bir müddəa İstifadəçi və Kristal LTD arasında agentlik, yoldaşlıq münasibətləri, birgə fəaliyyətlə bağlı münasibətlər, şəxsi işə qəbul münasibətləri və ya hazırkı Razılaşmada bilavasitə nəzərdə tutulmayan digər münasibətlərin qurulması kimi başa düşülə bilməz.
 
yuxarı