SERVİSDƏN İSTİFADƏ QAYDALARI
redaksiya №4.0
təsdiqlənmə tarixi: 13 İyul 2023 il
saytda yerləşdirilmə tarixi: 13 İyul 2023 il
qüvvəyə minmə tarixi: 13 İyul 2023 il
“İpəksu” MMC-nin (bundan sonra İpəksu) VÖEN:1501030981, (Hüquqi Ünvan: AZ1022 Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov, ev.62, məh.758/759, m.158) hazırkı istifadəçi razılaşması sifarişin rəsmiləşdirilməsi ilə və ya ipeksu.az saytında qeydiyyatdan keçməklə onun şərtləri ilə razılığınızı bildirdikdə qüvvəyə minir.
1. İstifadəçi razılaşmasının predmeti
1.1. İpəksu öz xidmətlərini hazırkı istifadəçi razılaşmasının predmeti olan şərtlərlə təklif edir.
1.2. Razılaşma xüsusi bildiriş olmadan dəyişdirilə bilər. Razılaşmanın yeni redaksiyasında digəri nəzərdə tutulmayıbsa, o dərc olunduğu tarixdən 3 (üç) gün sonra qüvvəyə minir. Razılaşmanın qüvvədə olan redaksiyası https://ipeksu.az/terms-and-conditions saytında yerləşdirilib.
2. Xidmətlərin təsviri
2.1. İpəksu istifadəçilərinə satdığı hazır məhsulların sürətli sadə axtarışı və sifarişi (bundan sonra xidmətlər) üçün geniş imkanlar təklif edən çatdırılma xidmətidir, həmçinin o İstifadəçilərdən sifarişlərin ödənişi kimi pul vəsaitlərini qəbul edir.
2.2. Göstərilən xidmətlər informasiya xarakteri daşıyır və istifadəçiyə təmənnasız əsaslarla göstərilir.
2.3. İstifadəçi İpəksu-dan çatdırılan məhsulların keyfiyyəti, gecikmə, xətalar, yanlış və ya vaxtında həyata keçirilməyən çatdırılmaya görə məsuliyyət daşıdığı, lakin istifadəçinin hər hansı fərdi məlumatının silinməsi və ya qorunmamasına görə məsuliyyət daşımadığı ilə razılaşır.
2.4. İpəksu xidmətlərindən faydalanmaq üçün internetə çıxış imkanı (WWW) olan kompüter/digər elektron qurğu olmalıdır.
2.5. İstifadəçi sifarişi saytda müstəqil şəkildə rəsmiləşdirir.
2.6. İstifadəçi sifarişə görə ödənişi mövcud üsullardan biri ilə həyata keçirir:
2.6.1. bilavasitə sifarişi alan zaman nağd pul vəsaitləri, bank kartı və ya digər üsullarla.
2.6.2. İpəksu saytında VISA/MasterCard bank kartları ilə “Yığım” ödəniş sistemləri vasitəsilə online ödəniş mövcüddur. Sifarişə görə pul vəsaitlərinin köçürülməsi ilə bağlı bütün əlavə xərcləri istifadəçi ödəyir.
Sifarişi rəsmiləşdirdikdən sonra online ödəniş seçilən zaman İstifadəçi “Yığım” mühafizə olunan ödəniş səhifəsinə (pay.yigim.az) yönləndiriləcək, burada o bank kartının məlumatlarını daxil etməlidir. Kart sahibinin əlavə autentifikasiyası üçün 3D Secure protokolu istifadə edilir. Əgər istifadəçinin bankı bu texnologiyanı dəstəkləyirsə, istifadəçi əlavə identifikasiya üçün onun serverinə yönləndiriləcək. istifadəçi əlavə identifikasiya qaydaları və metodları barədə məlumatı ona bank kartını verən bankda dəqiqləşdirə bilər.
Ödəniş üçün təqdim olunan məbləğ yalnız sifarişin dəyəridir. Xidmət haqqı (çatdırılmaya görə əlavə ödəniş kimi) sifariş alınan zaman götürülür.
Sifarişin tərkibi və ya yekun qiyməti dəyişdikdə, həmçinin əlavə ödəniş tələb olunduqda (məhsulun çatdırılması və ya digər əlavə xidmətlərin göstərilməsinə görə) sifarişin yerinə yetirilməsinə görə hesablaşma aşağıdakı qaydada aparılır:
- Sifarişin qiyməti artdıqda, həmçinin əvvəlcədən sifarişə daxil olmayan əlavə xidmətlərə görə ödəniş tələb olunduqda - əlavə məbləğ müştəri tərəfindən İpəksu kuryerinə məhsul alınan zaman ödənilir;
- Sifarişin qiyməti azaldıqda, həmçinin müştəri hazırkı qaydalara uyğun olaraq həyata keçirilən sifarişdən tam və ya qismən imtina etdikdə, qiymət fərqi İpəksu tərəfindən müştəriyə üç bank günü ərzində geri qaytarılır. Pul vəsaitləri müştərinin sifarişə görə ödəniş etdiyi karta köçürülür.
2.6.3. Ödənişi həyata keçirməkdən imtina halları:
- bank kartı internet vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulmayıb, bu barədə bankınızda öyrənə bilərsiniz;
- bank kartında ödəniş üçün kifayət qədər vəsait yoxdur. Bank kartında vəsaitlərin olub-olmaması barədə ətraflı məlumatı bank kartını buraxan banka müraciət edərək öyrənə bilərsiniz;
- bank kartının məlumatları düzgün daxil edilməyib;
- bank kartının istifadə müddəti bitib. Bank kartının istifadə müddəti kartın üz tərəfində göstərilib (bu kartın son istifadə müddəti olan ay və ildir). Kartın istifadə müddəti barədə ətraflı məlumatı bank kartını buraxan banka müraciət edərək öyrənə bilərsiniz;
“Yığım” istifadəçinin bank kartı məlumatlarını PCI DSS 2.0 təhlükəsizlik standartı ilə mühafizə edir və emal edir. Məlumatın ödəniş şlüzuna ötürülməsi SSL şifrələmə texnologiyası vasitəsilə həyata keçirilir. Məlumatın sonrakı ötürülməsi yüksək etibarlılıq səviyyəsinə malik bağlı bank şəbəkələri ilə həyata keçirilir. “Yığım” istifadəçinin kart məlumatlarını İpəksu və digər üçüncü şəxslərə ötürmür. Kart sahibinin əlavə autentifikasiyası üçün 3D Secure protokolu istifadə edilir. “Yığım” internet ödənişlərinin təhlükəsiz emalına zəmanət verir. Ödəniş kartları ilə bütün əməliyyatlar VISA International, MasterCard və digər ödəniş sistemlərinin tələblərinə uyğun olaraq aparılır. Məlumatın ötürülməsi zamanı kartla aparılan onlayn ödənişlərin xüsusi təhlükəsizlik texnologiyaları istifadə olunur, məlumatların emalı prosessinq şirkəti tərəfindən təhlükəsiz yüksək texnoloji serverdə həyata keçirilir.
Həyata keçirilən ödəniş barədə suallar yarandıqda, İstifadəçi:
“Yığım” (Drakaris MMC): +99477 742 4218 telefonu və ya +99455 322 9999 nömrəsi ilə müştərilərə dəstək xidmətinə müraciət edə bilər.
2.7. İstifadəçi sifarişdən imtina etdikdə və ya İpəksu məhsullarının satışı şərtlərini pozduqda, o cümlədən, lakin bunlarla məhdudlaşmadan: məhsulların satışından birtərəfli imtina, çatdırılma müddətinin pozulması və ya məhsulların keyfiyyətinin uyğunsuz olması və s. hallarda, istifadəçi çatdırılma vaxtına qədər sifarişin alınması anından 24 saat ərzində office@ipeksu.az e-mail ünvanı və ya +99412 514 1414 telefon nömrəsi vasitəsilə İpəksu-a sifarişdən imtina barədə xəbər verməli, sifarişə görə ödənişi təsdiq edən sənədləri və pul vəsaitlərinin geri qaytarılmasına dair ərizəni təqdim etməli və ödənilən pul vəsaitlərinin geri qaytarılmasını tələb etməlidir.
Pul vəsaitləri sifarişə görə ödəniş olunduğu andan 10 (on) gün ərzində geri qaytarılır. Sifarişə görə ödəniş olunduğu andan 1 (bir) gün sonra İpəksu istifadəçidən sifarişdən imtina və pul vəsaitlərinin geri qaytarılması barədə bildiriş almazsa, sifariş həyata keçirilmiş hesab olunur, ona görə pul vəsaitləri geri qaytarılmır. İstifadəçinin saytda bank kartı ilə ödədiyi pul vəsaitləri yalnız ödənişin həyata keçirildiyi karta qaytarılır..
2.8. İstifadəçinin əvvəl rəsmiləşdirilən sifarişləri onun günahı ilə çatdırılmadıqda (məsələn, sifarişin çatdırılması zamanı istifadəçi qapını açmayıb və ya kuryerin zənginə cavab verməyib və yaxud İstifadəçi mövcud olmayan çatdırılma ünvanını qeyd edib və s.), İpəksu istifadəçiyə “kuryerə nağd və ya kartla” ödəniş üsulu ilə sifarişi rəsmiləşdirməkdən imtina etmək hüququna malikdir.
2.9. Bank kartı üzrə əməliyyatların avtorizasiyası bank tərəfindən həyata keçirilir. Əgər bankın əməliyyatın dələduzluq xarakteri daşıdığına güman etməyə əsası varsa, bank bu əməliyyatı həyata keçirməkdən imtina etmək hüququna malikdir. Bank kartları ilə dələduzluq əməliyyatları cinayət hesab olunur.
2.10. Bank kartları ilə ödəniş zamanı dələduzluq hallarının qarşısını almaq üçün bank kartı ilə həyata keçirilən ödənişlər İpəksu tərəfindən mövcud imkanlar çərçivəsində yoxlanıla bilər. Bu cür ödənişi rəsmiləşdirən istifadəçi İpəksu-dan daxil olan sorğu ilə bank kartının qanuni istifadə olunduğunun təsdiqlənməsi üçün lazımi sənədlərin surətini təqdim etməlidir.
3. Qeydiyyat və saytın istifadəsi ilə bağlı öhdəliklər
3.1. İpəksu saytında qeydiyyat könüllü və ödənişsizdir.
3.2. İpəksu xidmətlərindən faydalanmaq üçün istifadəçi özü haqqında qeydiyyat formasında verilən suallarla bağlı düzgün, dəqiq və tam məlumat verərək qeydiyyat formasını doldurmalı və razılaşmanın şərtləri ilə razılığını bildirməlidir.
3.3. İstifadəçi düzgün məlumat təqdim etmədikdə və ya İpəksu-ın təqdim olunan məlumatın düzgün, tam və ya dəqiq olduğuna dair şübhə etməyə əsası olduqda, İpəksu İstifadəçinin qeydiyyatını dayandırmaq və ya ləğv etmək və ona xidmətlərinin istifadəsində imtina etmək hüququna malikdir.
4. Qeydiyyat, parol və təhlükəsizlik
4.1. Qeydiyyat başa çatdıqdan sonra İstifadəçi şəxsi kabinetə (https://ipeksu.az/profile/) daxil olmaq üçün login və parol əldə edir. .
4.2. İstifadəçi login və parolunun təhlükəsizliyi, həmçinin İpəksu saytında öz login və parolu ilə aparılan bütün əməliyyatlara görə məsuliyyət daşıyır.
4.3. İstifadəçi İpəksu-dakı öz login və parolu ilə istənilən icazəsiz giriş və/və ya təhlükəsizliyin istənilən pozulma halı barədə dərhal məlumatlandırmaq öhdəliyinin olması ilə razılaşır.
5. İpəksu saytında yerləşdirilən materiallardan istifadə şərtləri
5.1. Saytda müəllif hüququ ilə mühafizə olunan materiallar - əmtəə nişanları və qanunla mühafizə olunan digər materiallar (o cümlədən, mətnlər, şəkillər, qrafiki təsvirlər).
5.2. Saytın bütün məzmunu Azərbaycan Respublikasının müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyinə uyğun olaraq kollektiv yaradıcı əməklə yaradılan əsər kimi müəllif hüququ ilə mühafizə olunur.
5.3. Saytda dərc olunan materiallarda ayrıca qeyd olunan hallar istisna olmaqla, saytın məzmunundan istifadəyə müəllif hüququ (o cümlədən, saytda olan məlumatların seçilməsi, yerləşdirilməsi, sistemləşdirilməsi və dəyişdirilməsi hüququ, həmçinin ilkin məlumatlararın hüququ) İpəksu-ya məxsusdur.
5.4. İstifadəçi saytın məzmununa dəyişiklik daxil etmək, dərc etmək, üçüncü şəxslərə ötürmək, satışı və ya ötürülməsində iştirak etmək, törəmə məhsullar yaratmaq və ya digər üsulla saytın məzmunundan tam və ya qismən istifadə etmək hüququna malik deyil.
5.5. İstifadəçi saytı yalnız qanuni məqsədlərlə istifadə etməyi öhdəsinə götürür.
5.6. İstifadəçi saytda aşağıdakı xarakterə malik istənilən materialları yerləşdirməyi və sayt vasitəsilə harasa göndərməməyi öhdəsinə götürür:
- qanunvericiliyi pozan, təhdid və təhqir olan, digər şəxsləri nüfuzdan salan, vətəndaşların şəxsi həyat hüququnu və ya ictimai qaydanı pozan, ədəbsiz olan;
- bu və ya digər dərəcədə digər şəxslərin şərəf və ləyaqətini, hüquqlarını və qanunla mühafizə olunan maraqlarını pozan;
- dini, irqi və ya milllətlərarası ədavətə səbəb olan və ya ona çağırışları ehtiva edən, düşmənçiliyin aşılanması cəhdləri və ya zorakılığa çağırışları ehtiva edən;
- həmçinin, digər şəxsləri hüquqazidd davranışa təşviq edən, cinayət, mülki-hüquqi və ya digər məsuliyyətə səbəb olan və ya hər hansı üsulla qanunvericiliyin müddəalarını pozan digər materiallar.
5.7. İstifadəçi İpəksu-nun əvvəlcədən razılığını almadan hər hansı əmtəə və ya xidmətlərin reklamı olan materialları saytda yerləşdirməməyi və sayt vasitəsilə göndərməməyi öhdəsinə götürür.
5.8. İstifadəçi saytı reklam və ya istənilən formada istənilən əmtəə və xidmətlərin satışının digər yolla təşviqi üçün istifadə etməməyi öhdəsinə götürür.
5.9. İstifadəçi mühafizə olunan materiala hüquq sahibinin ifadə olunmuş icazəsini almadan əqli mülkiyyət haqqında qanunvericiliklə (o cümlədən, müəllif hüququ, əmtəə nişanları barədə qanunvericiliklə) mühafizə olunan hər hansı materialları və qanunvericiliklə mühafizə olunan digər materialları sayta yükləməməyi, yerləşdirməməyi və ya digər üsulla istifadə etməməyi öhdəsinə götürür. İstifadəçinin saytda material yerləşdirməsinin üçüncü şəxslərin yerləşdirilən materiallara müəllif, əlaqədar hüquqları və digər hüquqlarını pozmadığını istifadəçi özü sübut etməlidir.
5.10. İpəksu istifadəçinin dərc etdiyi rəylərə görə məsuliyyət daşımır.
5.11. İpəksu istifadəçinin rəyinə şərh yerləşdirmək hüququnu özündə saxlayır. İpəksu istifadəçinin Azərbaycan qanunvericiliyini pozan və üçüncü şəxslərin qanuni maraqlarına ziyan vuran rəylərini yerləşdirməmək hüququnu özündə saxlayır.
6. İpəksu-yun mülkiyyət hüquqları
6.1. İstifadəçi İpəksu servisi və onunla əlaqəli bütün lazımi proqramların əqli mülkiyyət haqqında qanunlar və digər Azərbaycan Respublikasının qanunları və beynəlxalq qanunlarla mühafizə olunan məxfi məlumatı ehtiva etdiyini qəbul edir və bununla razılaşır. İstifadəçi bu məzmunu və proqramları nə tam, nə də qismən dəyişməməyə, satmamağa, yaymağa razılıq verir.
7. Məxfilik
7.1. İpəksu saytında qeydiyyat və sifarişin rəsmiləşdirilməsi zamanı istifadəçi aşağıdakı məlumatları təqdim edir: ad, soyad, elektron poçt ünvanı və/və ya əlaqə nömrəsi, sifarişin çatdırılacağı ünvan.
7.2. Hazırkı istifadəçi razılaşmasının icrası məqsədilə İpəksu əlaqəli şəxslər və/və ya tərəfdaşların iştirakı ilə servisin yeni funksionalını (o cümlədən, informasiya, reklam, əyləncə və digər xarakterli məhsullar) inkişaf etdirir, optimallaşdırır və tətbiq edir. Göstərilən məqsədlərə nail olmaq, həmçinin İstifadəçini öz xidmətləri barədə məlumatlandırmaq, İpəksu tərəfindən əmtəə və xidmətlərin təbliği, elektron və sms sorğuların aparılması, istifadəçi tərəfindən fərdiləşdirilmiş (hədəf) reklamın alınması, marketinq aksiyalarına nəzarət, müştəri dəstəyi, məhsulların istifadəçilərə çatdırılmasının təşkili, istifadəçilər arasında mükafatların oynanılması, istifadəçinin məmnuniyyəti və çatdırılma servisinin göstərdiyi xidmətlərin keyfiyyətinə nəzarət, bu cür məlumatların yoxlanması, tədqiqi və təhlili məqsədilə istifadəçi qeydiyyat və sifarişin rəsmiləşdirilməsi zamanı İpəksu-ya tətbiq olunan qanunvericiliyə əməl olunması şərti ilə məlumatların emalını, yəni bu cür məlumatların tam ədəd və/və ya mətn və identifikatorlar şəklində avtomatlaşdırılmış emalı nəticələrinin, onların emala dair tapşırığın yerinə yetirilməsi üçün əlaqəli şəxslər və/və ya tərəfdaşlara ötürülməsi, həmçinin istifadəçinin məlumatları və istifadəçi ilə əlaqəli digər məlumatların əlaqəli şəxslər və/və ya tərəfdaşlardan toplanmasını (yığılmasını) tapşırır. İpəksu saytın fəaliyyəti ilə əlaqəli statistik məlumatın üzərində sərəncam vermək hüququna malikdir.
7.3. İstifadəçi ilə əlaqədar məlumatlar dedikdə texniki vasitələr (qurğular) və İpəksu və/və ya əlaqəli şəxslər habelə ya tərəfdaşların servisi ilə texnoloji əlaqə üsulları (xostun IP-ünvanı, əməliyyat sisteminin növü, brauzerin növü, coğrafi yerləşmə, provayder barədə məlumatlar və digər), istifadəçinin fəallığı barədə məlumatlar, həmçinin göstərilən üsullarla əldə olunan digər məlumatlar başa düşülür.
7.4. Məlumatların emalı dedikdə avtomatlaşdırma vasitələri ilə və ya və bu vasitələr istifadə edilmədən fərdi məlumatlarla istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu, o cümlədən, toplanma, yazılma, sistemləşdirmə, yığılma, saxlanma, dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə), tutuşdurma, çıxarma, istifadə, İpəksu-yun əlaqəli şəxsləri və/və ya tərəfdaşlarına ötürmə, anonimləşdirmə, bloklama, silmə, məhv etmə başa düşülür.
7.5. İpəksu öz adından müstəqil şəkildə və ya texniki tərəfdaşları cəlb etməklə İstifadəçinin elektron poçtuna, mobil telefonuna və ya onun istifadə etdiyi İpəksu tərəfdaşlarının servisləri (sosial şəbəkələr, messencerlər və digər) vasitəsilə informasiya xarakterli, o cümlədən servis və reklam mesajları göndərmək hüququna malikdir. İstifadəçi səbəbini izah etmədən reklam xarakterli və digər məlumatı almaqdan imtina etmək hüququna malikdir. İstifadəçini sifariş və onun emal mərhələləri barədə məlumatlandıran servis mesajları avtomatik olaraq göndərilir və İstifadəçi tərəfindən rədd edilə bilməz. Reklam xarakterli və digər məlumatı almaqdan imtina İstifadəçinin profilinin redaktə olunması və ya onun məlumat mərkəzi və ya müştərilərə dəstək şöbəsinə office@ipeksu.az müraciət etməsi ilə həyata keçirilir. İstifadəçi məlumat mərkəzi və ya müştərilərə dəstək şöbəsinə office@ipeksu.az profilinə xidmətin dayandırılması xahişi ilə müvafiq ərizəni göndərməklə nail ola bilər.
7.6. İpəksu “cookies” texnologiyasından istifadə etmək hüququna malikdir. “cookies” məxfi məlumatı ehtiva etmir və İpəksu “cookies” barədə məlumatı istifadəçi qarşısında öhdəliklərin icrası üçün, statistika və reklam mesajlarının optimallaşdırılması məqsədilə İpəksu ilə müqavilə bağlamış tərəfdaşlara, agentlərə və üçüncü şəxslərə göndərmək hüququna malikdir.
7.7. İpəksu ipeksu.az saytının ziyarətçisinin ip-ünvanı barədə məlumatı əldə edir. Bu məlumat ziyarətçisinin şəxsiyyətinin müəyyən edilməsi üçün istifadə olunmur.
7.8. İpəksu istifadəçinin saytda hamı üçün giriş imkanı olan formada təqdim etdiyi məlumatlara görə məsuliyyət daşımır.
7.9. İpəksu istifadəçi ilə telefon danışıqlarını qeyd edir. İpəksu telefon danışıqları zamanı alınan məlumata icazəsiz giriş cəhdləri və/və ya onun sifarişlərin icrasına bilavasitə aidiyyəti olmayan üçüncü şəxslərə ötürülməsinin qarşısını almağı öhdəsinə götürür.
8. Ümumi müddəalar
8.1. Hazırkı Razılaşma Azərbaycan qanunvericiliyinin normaları ilə tənzimlənir.
8.2. Razılaşmaya dair ola biləcək bütün mübahisələr Azərbaycanın qüvvədə olan qanunvericilik normalarına əsasən həll edilir.
8.3. Hazırkı razılaşmanın şərtləri təmənnasız olduğuna görə istehlakçı hüquqların müdafiəsi haqqında normalar istifadəçi və İpəksu arasında olan münasibətlərə şamil oluna bilməz.
8.4. Razılaşmada olan heç bir müddəa İstifadəçi və İpəksu arasında agentlik, yoldaşlıq münasibətləri, birgə fəaliyyətlə bağlı münasibətlər, şəxsi işə müdaxilə münasibətləri və ya hazırkı razılaşmada bilavasitə nəzərdə tutulmayan digər münasibətlərin qurulması kimi başa düşülə bilməz.
9. Məlumatların silinməsi siyasəti
Siz istənilən vaxt İpəksu hesabınızı silə bilərsiniz. Fikrinizi dəyişdirsəniz, hesabınızı bərpa edə bilməyəcəksiniz. Bu hesabdakı e-məktublar, sifarişlər, ünvanlar və fayllar kimi bütün məlumatları itirəcəksiniz.
9.1. İpəksu hesabınıza daxil olun (https://ipeksu.az/profile/).
9.2. “Məlumat və Məxfilik” bölməsinə keçin.
9.3. “İpəksu Hesabını Sil” düyməsini basın. İstifadə etmək istədiyiniz aktiv e-poçt ünvanını daxil etməli və “Təsdiq e-poçtu göndər” düyməsini basmalısınız.
9.4. Aktiv e-poçt ünvanınızı təsdiq etmək üçün sizə göndərəcəyimiz təsdiq məktubunu tapın. E-poçt ünvanınızı doğrulayana qədər Ipeksu hesabınız silinməyəcək.