Qaynağından istehsalat müəssisəmizə gətirilən «İpəksu», burada beynəlxalq standartlara uyğun tam avtomatik doldurma avadanlığı ilə tamamən gigiyenik şəraitdə, əl dəymədən qablaşdırılır.
Suyun daşınmasında istifadə olunan tanker və istehsalat prosesində suyun təmas etdiyi bütün səthlər paslanmayan poladdan istehsal edilmişdir.
Filtrasiya prosesində suyun zəngin mineral tərkibinin qorunub saxlanması üçün, «İpəksu» yalnız mexaniki təmizləmədən keçirilir, yumşaldılma prosesi istisna olmaqla mineral tərkibə təsir edən heç bir filtrasiya sistemindən istifadə edilmir. Qapalı vəziyyətdə uzunömürlü olması və bakteriyaların qarşısının alınması üçün ozonlaşdırılır.