Maraqlanan şəxslərin nəzərinə çatdırırıq ki, "İpəkSu" məhsulunu həm su, həm də çay/qəhvə şəklində böyük zövq ilə içirik və başqlarına da məsləhət görürük.
"İpəkSu" bizim sevdiyimiz, məmnuniyyətlə içdiyimiz sudur. Həm məhsul, həm çatdırılma xidməti, həm də ofis heyəti bizimlə çox operativ maraqlanır. Maraqlananların nəzərinə çatdırırıq.
“Caspian Event Organisers” MMC şirkəti “İpəksu” MMC ilə əməkdaşlıq edir və müəssisəmizin ofislərində, təşkil etdiyimiz tədbirlərdə 19 litrlik içməli suyu (İpəksu) çatdırılması, su cihazlarının (dispenser) təmin edilməsi və digər müvafiq xidmətlərin keyfiyyətli səviyyədə həyata keçirdiklərinə görə onlara təşəkkürümüzü bildiririk. Qeyd etmək istərdik ki, şirkətin peşəkar və gülərüz işçi hayəti üçün müştəri məmnuniyyətinin hər zaman diqqət mərkəzində olduğunu görür, bunu yüksək qiymətləndirik. Şirkət rəhbərliyinin davamlı olaraq göstərilən xidmət səviyyəsinin yüksəltməsi vurğulamaq istədiyimiz daha müsbət bir amılldır. Biz “İpəksu” MMC şirkətini yerli və beynəlxalq şirkətlərə çəkinmədən tövsiyə edir və onların göstərdiyi xidmətdən faydalanmağı məsləhət görürük.
YARAT – Müasir İncəsənət Təşkilatı olaraq “İpəksu MMC" kollektivi ilə 9 ildən bəridir işləyirik və bu məktub vasitəsilə bizə 19 litrlik bidonlarda təbii bulaq suyunu təmin edən, eyni zamanda yüksək səviyyəli xidmət və əməkdaşlıq göstərən “İpəksu MMC" kollektivinə xoş məramlı minnətdaqlığımızı bildiririk. Bunu da qeyd etmək istəyirik ki, bu kollektivin hər bir üzvü, öz işlərini yerinə yetirməkdə böyük peşəkarlığa sahibdirlər. Bu, sifarişləimizi qəbul edib çatdırılma bilgilərini diqqətlə qeydə alan telefon operatorlarından başlayaraq, çatdırılma xidmətini dəqiqliklə yerinə yetirən Bakı şəhərinin yol hərəkətinə yaxşı bələd olan sürücülərə qədər belədir.
Şirkətin idari və maliyyə işləri departamentləri o cümlədən bizim tələblərimizi vaxtında yerinə yetirirlər. Burada “İpəksu MMC"-nin direktoru cənab Qüdrət İdayətov tərəfindən bizə çatdırılan bulaq suyunun bütün mərhələlərinə şəxsən nəzarət etməsini xüsusilə qeyd etmək istəyirik. Xahiş edirik bu məktubu təkcə təşəkkür məktubu kimi deyil, eyni zamanda tövsiyyə məktubu kimi nəzərə alasınız.
Maraqlananların nəzərinə çatdırılır! “Iteca Caspian” MMC şirkəti olaraq “İpəksu” MMC - şirkətinin qablaşdırdığı “İpəksu”-yu artıq 20 ildir içirik. Bu suyu seçməyimizin əsas səbəbləri kimi aşağıdakıları göstərə bilərik: 1) Gözəl və sabit dad 2) Yüksək gigiyenik şərait 3) Tam avtomatik sistemlə qablaşdırma 4) Sürətli çatdırılma servisi 5) Gülərüzlü xidmət personalı 6) Tələblərə və problemlərə fərdi yanaşma 7) Məqbul qiymət “İpəksu” MMC şirkətinə uğurlar arzulayırıq.
"İpəkSu" bizim bir neçə ildir zövqlə içdiyimiz sudur. Göstərilən xidmətdən də, çox razıyıq. Vaxtında çatdırılma və individual yanaşmalarına görə bu şirkəti maraqlananlara məsləhət görürük.
"Kristal LTD" MMC 01 dekabr 2017-ci il tarixdən etibarən "Azərconnect" MMC-yə içməli su təminatı ilə xidmət göstərir.
Bildiririk ki, şirkətimizin içməli su təminatçısı kimi "Kristal LTD" MMC həqiqətən tədarükçü qismində müqavilə şərtlərinə müvafiq olaraq çalışan etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir.
İçməli su təminatı üzrə xidmətlərinin tədarükçüsü kimi adı çəkilən şirkət təqdim etdiyi xidmətləri qanunvericiliklə müəyyən edilmiş normalara uyğun keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda, təyin olunmuş müddət ərzində yüksək peşəkarlıqla çatdırılmasını hər zaman təmin etmişdir.
Fəaliyyət göstərdiyi sahədə ən təcrübəli və potensial şirkət kimi "Kristal LTD" MMC uzunömürlü və etibarlı tərəfdaşlıq üçün tövsiyə edirik.
“İpək Su” 3 ildir ki şirkətimizin bütün şöbələrində məmnuniyyətlə içilir. Sifarişlərimizin vaxtında yerinə yetirilməsindən və suyun keyfiyyətindən razıyıq. Bütün şirkətlərə tövsiyyə edirik.
2 ildən artıqdır ki, tərəflər arasında imzalanan müqavilə əsasında "Kristal LTD" MMC şirkəti "Azercell Telekom" MMC şirkətini içməli su ilə təmin edir. Qeyd olunan əməkdaşlıq çərçivəsində şirkət üzərinə düşən bütün öhdəlikləri yüksək peşəkarlıqla və məsuliyyətlə yerinə yetirir. Bütün bunlara görə "Kristal LTD" MMC şirkətinə təşəkkür edir və ümid edirik ki, əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcək.
Məlum olduğu kimi "Kristal MMC" Bona Dea International hospitalını içməli su və dispenserlə təmin edir. "Kristal MMC" fəaliyyət göstərdiyi zaman içməli suyun vaxtlı-vaxtında çatdırılmasında və dispenserlərə texniki xidmətin göstərilməsində özünü yüksək ixtisaslı, çox çalışqan bir şirkət kimi göstərib.
Hal-hazırda işlər keyfiyyətli şəkildə və təyin olunan vaxtda icra olunur. İşlərin icra olunduğu müddətdə şirkətə qarşı ciddi iradımız yoxdur.
Gələcəkdə xəstəxananın su dispenserinə olan ehtiyacını qarşılamaq üçün Sizdən köməklik göstərməyinizi xahiş edirik.
Biz artıq bir neçə ildir ki, AZTIME saat mağazalarında "İpəkSu"dan istifadə edirik. Bu su keyfiyyətlidir və onun çatıdırılması çox operativdir. İçdiyimiz suyun keyfiyyəti bizim üçün çox önəmlidir. Elə buna görə də biz "İpəkSu"ya etibar edirik. Dostlarımıza da məsləhət görürürk.
Keyfiyyətinə güvəndiyimiz, tərkibinə inandığımız təbii bulaq suyu olan, "İpəkSu"-ya sonsuz təşəkkürümüzü bildiririk. Əməkdaşlıq etdiyimiz gündən etibarən servis xidmətinizdən razıyıq. "Kristal LTD"-nin rəhbərliyinə və heyətinə minnətdarlığımızı bildiririk.
Bu məktub ilə "Kristal LTD" MMC-nin "Dünyagöz Azərbaycan" MMC şirkəti ilə suyun çatdırılması sahəsində əməkdaşlıq təcrübəsinə malik olduğunu təsdiq edirəm.
Əməkdaşlığımız 2018-ci ildən etibarən davan edir. Bu müddət ərzində "Kristal LTD" MMC özünü etibarlı, işgüzar tərəfdaş və sabit müəssisə kimi göstərib. Şirkət nümayəndələri qarşıya qoyulan vəzifələrin icrasında yaradıcı yanaşma, yüksək peşəkarlıq və operativlik nümayiş etdirmişdir.
"Kristal LTD" MMC-nin göstərdiyi xidmətlərin yüksək peşəkar profilə uyğun olduğunu təsdiq edirik.
"Kristal LTD" MMC, 6 (altı) ildir ki, PJA MMC şirkətinin tərəfdaşıdır. Bu qədər uzun müddət ərzində "Kristal LTD" MMC yüksək operativlilk, etibarlılıq və Sifarişçinin tələbatına çevik yanaşmanı təmin edərək özünü sabit və etibarlı tərəfdaş kimi göstərib.
"Kristal LTD" MMC-ni dürüst və etibarlı təchizatçı kimi məsləhət görürəm.
Codest şirkəti olaraq bütün maraqlanan şəxslərə «İpək Su» məhsulunu tövsiyyə edirik. Bir ildən artıqdır ki, bütün ofislərimizdə bu sudan məmnunluqla istifadə edirik. Biz bu təmiz, içməli bulaq suyunu bütün potensial müştərilərə tövsiyyə edirik.
Artıq beş aydan çoxdur ki, tərəflər arasında imzalanan müqavilə əsasında "Azercell Telekom" MMC şirkəti "Kristal LTD" MMC şirkəti ilə içməli suyun təchizatı sahəsində əməkdaşlıq edir.
Qeyd edilən əməkdaşlıq çərçivəsində "Kristal LTD" MMC tərəfindən suyun çatdırılması, aksessuarlarla təmin etmə və əlaqədar xidmətlərin vaxtında və lazımınca yerinə yetirilməsi zamanı şirkətiniz özünü peşəkar və çalışqan bir şirkət kimi göstərmişdir. Təsadüfi deyil ki, bu əməkdaşlıq ərzində şirkətinizə qarşı heç bir iradımız olmayıb.
Yuxarıda yazılanlara əsaslanaraq ümid edirik ki, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək.
Hörmətlə,
Hüquq və İdarə İşləri Departamentinin Direktoru
Arzu Abbasova
Biz, “Kristal LTD” MMC şirkəti ilə uzun müddətdir əməkdaşlıq edirik. Bu müddət ərzində təqdim etdikləri “İpək Su”-yun dadından və keyfiyyətindən, göstərdikləri xidmətdən razıyıq. “Kristal LTD” MMC şirkətinin rəhbərliyinə və işçi heyyətinə uğurlar arzulayırıq..
Biz “Kristal LTD”-ilə 2003-cü ildən bu günədək əməkdaşlıq edirik. Bu 6 ildə şirkətimizə suyun keyfiyyəti və ya çatdırılma xidməti ilə bağlı hər hansı bir şikayət daxil olmamışdır. Beynəlxalq Şirkət olmaqla, biz hər il daxili tender keçiririk və bazar qiymətinə və keyfiyyət səviyyəsinə nəzarət edirik. Bütün bu illər ərzində, Şirkət bütün Təchizatçı şirkətlər arasında öz əlverişli qiyməti və keyfiyyətini qoruyub saxlaya bilmişdir.
Çatdırılma zamanı Təchizatçının nəzarətindən kənar, nəqliyyatın hərəkətinə qadağa qoyulması, qar yağması və ya digər bu kimi nadir hallarda hər hansı bir gecikmələr baş verdiyi təqdirdə, Şirkət rəhbərliyi hər zaman bu hallara qarşı diqqətli davranır və Müştərilərin su ilə təmin olunması üçün bütün tədbirləri görür. Bir faktı da qeyd etmək lazımdır ki, ofis binalarımızdakı liftlər işləmədikdə, “Kristal LTD”-nin kuryerləri suyun lazımi ünvana vaxtında çatdırılması üçün onu pilləkənlərlə yuxarı mərtəbələrə özləri daşımışdır. Bu məsuliyyət hissi və münasibətinə heyran qalmamaq mümkün deyil.
Bizim sadəcə bir neçə dəfə normal çatdırılma qrafikindən kənar sifarişimiz olmuşdur . Qrafikdən kənar bütün bu kimi hallarda, həmin sifarişlər qeyri-iş günündə belə dərhal və müstəsna olaraq yerinə yetirilmişdir.
Əməkdaşlarımızla mütəmadi olaraq aparılan sorğulara əsasən, bizə çatdırılan suyun keyfiyyəti və ya dadı barədə heç bir zaman hər hansı bir şikayət olunmamışdır. Bundan əlavə, istehsal müəssisələrində yoxlamalar aparmış və keyfiyyət, gigiyena və texnologiya səviyyəsindən razı qalmışıq.
Azərbaycanda fəaliyyət göstərən istənilən şirkət və ya təşkilata “İpək Su” markası ilə fəaliyyət göstərən “Kristal LTD”-nin xidmətlərindən istifadə etməyi tövsiyə edirik.
Maraqlananların nəzərinə, Amrahbank ASC "Əməliyyat" filialının kollektivi Kristal şirkətinin qablaşdırdığı İpək Suyu-nu məmnuniyyətlə içir və hamıya tövsiyyə edir, Kristal şirkətinin keyfiyyətli məhsulundan və sürətli çatdırılma xidmətindən razılığımızı bildiririk.