YÜKLƏNİR
0%
Bİrbaşa sİfarİş

Sosial məsuliyyət siyasəti

İpəksu öz əsas prinsiplərinə sadiq qalaraq ictimai öhdəliklərinə hər zaman həssas yanaşmışdır. Sosial məsuliyyətləri arasında ən mühüm yer tutan ətraf mühitin qorunmasına yardım etmək, sağlamlıq və əməyin təhlükəsizliyini təmin etmək, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməkdir.

Su yer kürəmizin ən dəyərli təbii sərvətlərindəndir və bizim şirkətin əsas məhsuludur. Biz ətraf mühitin qorunmasını və onun sərvətlərindən məsuliyyətlə istifadə olunmasının əhəmiyyətini dərk edirik. İpəksu ətraf mühit üçün ziyansız bir məhsul təklif edərək, iş və ev mühitində sizin sağlam həyat tərzinizi davam etdirmək üçün münasib su mənbəyi təmin edir.

Şirkət öz istehsal və çatdırılma proseslərində ekoloji məsələlərə xüsusi diqqət göstərir. İstifadə olunan avadanlıqlar və avtomobillərin, material və məhsulların ətraf mühitinin qorunması üzrə beynəlxalq tələblərə cavab verməsi şirkətin daima əhəmiyyət verdiyi amillər olmuşdur. Bu gün hər kəsə məlumdur ki, təkrar istifadə olunan qablar, xüsusi ilə böyük həcmli su qabları bir səfərlik qablara nisbətən ekologiyanın qorunmasına daha böyük töhfə verir.
Eyni zamanda, İpəksu-yun özünəməxsus tərkibi çay, qəhvə və yemək hazırlanmasında istifadə edilərkən, daha az çay, qəhvə və məhsul sərf edilməsi ilə daha gözəl dad almaq imkanı verir. Bu öz növbəsində evdə və işdə istifadə olunan qida maddələrinin daha qənaətli işlədilməsinə yol açır.

İş əsnasında qəza hadisələrinə yol verilməməsi, insanlara xəsarət yetirilməməsi, işçilərin və üçüncü şəxslərin gərəksiz risklərə məruz qalmaması şirkətimizin iş qaydalarına aid olan əsaslardır. Avadanlıqlar və nəqliyyat vasitələrinin istismarı ilə bağlı texniki təhlükəsizlik məsələləri hər zaman əhəmiyyət verilən şərtlərdir.

Suyun həyat mənbəyi olduğunu əsas alaraq, İpəksu sağlam həyatın təbliğ olunmasını və bunun geniş kütlələr tərəfindən öyrənilməsi, yaşanmasını özünə məqsəd etmişdir. Bunun üçün başda öz müştəriləri olmaq üzrə sağlam həyat prinsipləri, o cümlədən içməli su ilə bağlı mühüm olan informasiyanı vətəndaşlara çatdırır. Bunların geniş kütlələr tərəfindən tətbiq edilməsinə zəmin yaratmaq üçün kampaniyalar və aksiyaların keçirilməsini nəzərdə tutur.

yuxarı