YÜKLƏNİR
0%
Bİrbaşa sİfarİş

Dlya Lyal 500 ml (12 ədəd)

“Dlya Lyal” suyu Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti (“Rospotrebnadzor”) tərəfindən uşaqların həyatın ilk günündən istifadəsi üçün razılaşdırılıb. Bu təbii su sənaye müdaxiləsinə və kimyəvi emala məruz qalmır - mütləq saflıq “Dlya Lyal” suyunun təbii xüsusiyyətidir.

“Dlya Lyal” Rusiyada istehsal zamanı bakterioloji təmizliyə bio-lüminessent nəzarəti tətbiq edilən ilk sudur. Həmin vaxta kimi isə bu metoddan təmizliyin mütləq səviyyədə tələb olunduğu tibbi və elmi araşdırmalarda, eləcə də farmakologiya sahəsində istifadə olunurdu. İndi isə bu metoddan “Dlya Lyal” suyunun istehsalında istifadə edilir.

“Dlya Lyal” suyunun tərkibində sağlam böyümə və inkişaf üçün zəruri olan 16 mineral və element var – suyun tərkibində uşağın böyüməsi və inkişafı üçün zəruri olan bütün elementlər mövcuddur.

0.5 litr həcmi olan idman qapaqlı butulka həm körpələr, həm də məktəbəqədər / məktəbyaşlı uşaqlar üçün əla həll variantıdır. Rahat qapaq sayəsində su dağılmır, uşaq isə istədiyi vaxt (əlavə səy göstərmədən) öz susuzluğunu yatıra bilir.
Mineral tərkib:
PH 7 Mg 50
Ca 60 Na 20
SO4 15 CI- 15
HCO3 50-150
9.60 AZN

Suyun keyfiyyəti Gigiyenik və Uyğunluq sertifikatı ilə təsdiq edilib.

Ətraflı məlumat
yuxarı