YÜKLƏNİR
0%
Bİrbaşa sİfarİş
22.00₼ kq

Royal Canin French Bulldog Adult Quru Yem

Royal Canin French Bulldog Adult - 12 aydan yuxarı fransız buldoq cins itlər üçün tam rasionlu quru yem. Yem bu cins itlərin qida ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmışdır. Əzələ korsetini qorumaq üçün fransız buldoqları mütəmadi şəkildə məşq etməlidirlər. Sümüklərin və oynaqların sağlamlığını qorumaq üçün iti qısa gündəlik gəzintilərə çıxarmaq atlanmaq və qaçmaqdan daha faydalıdır. Düzgün qidalanma əzələ kütləsini qorumaq üçün vacibdir, buna görə Royal Canin French Bulldog Adult-a L-karnitin və optimal miqdarda zülallar daxildir. Royal Canin French Bulldog Adult, həmçinin fransız buldoqun tük və dərisinin sağlamlığına kömək edən xüsusi bir qida kompleksi, EPA və DHA yağ turşularını da ehtiva edir. Bundan əlavə, yem həzm sisteminin sağlamlığını qoruyur və bağırsaq mikroflorasının tarazlığını tənzimləyir, bu da meteorizmi və nəcisin qoxusunu azaltmağa kömək edir.

Tərkibi: Düyü, buğda, heyvan mənşəli dehidratlaşdırılmış zülallar (quş əti), bitki mənşəli zülal izolatı*, bitki lifi, heyvan piyləri, heyvan zülal hidrolizatı (dadvericilər), soya yağı, balıq yağı, mineral maddələr, bağayarpağı qabığı və toxumları, fruktoliqosaxaridlər, xərçəngkimilərin qabığının hidrolizatı (qlükozamin mənbəyi), göyzabanı yağı (0,1%), pomidor (likopen mənbəyi), marigold ekstraktı (lutein mənbəyi), yaşıl çay ekstraktı (polifenolların mənbəyi), likopen, qığırdaq hidrolizatı (xondroitin mənbəyi).


Daha çox göstər <
Daha az göstər >
Məhsulun xüsusiyyətləri:
Brend Royal Canin
İstehsalçı: Mars
Ölkə Fransa
Kateqoriya İtlər
İtin ölçüsü Orta
İtin yaşı Yetkin
Qablaşdırma materialı: Torba
Qablaşdırma: 3kq
Yem növü Quru
Yemin dadı Quş Əti
66 AZN
Hazırda : 1 ədəd mövcuddur.

yuxarı