Loading
0%
Express order

Desa water pump

Desa su üçün əl pompasının istifadəsi asan və rahatdır. O həm ev, həm kiçik ofislər üçün alınır, həm təbiət qoynuna səfər zamanı götürülür.

Qida məhsulları üçün nəzərdə tutulan möhkəm plastik materialdan hazırlanıb, həcmi 19 litr olan standart böyük butulkalarla istifadə oluna bilər. Detallar bir-birinə çox yaxşı uyğunlaşdırılıb, artıq aralıqlar mövcud deyil, bunun sayəsində istismar olunan zaman nasosun düyməsi tərpənmir, pompadan kənar (cırıltı) səslər çıxmır.

Etibarlı sıxıcı qısqac vasitəsilə butulkanın boğaz hissəsinə bərkidilir, tərkib hissəsi olan uzun borucuq içməli suyu hətta butulkanın dibindən də çıxartmağa imkan verir. Qurğu profilaktik yuma və dezinfeksiya üçün asanlıqla sökülə bilər.

Türkiyadə istehsal olunub. Zəmanət – alınma anından etibarən 6 ay.


Show more <
Show less >
16 AZN
Available: 178 pcs.

Top