YÜKLƏNİR
0%
Bİrbaşa sİfarİş

Şirkət missiyası

Bizim hədəfimiz - Sizə gözəl nemətlərindən birini - artezian suyunu - harada olduğunuzdan asılı olmayaraq çatdırmaqdır. Müəssisəmizin əsas prinsipləri - müştərilərin etibarını qazanmaq, sağlam həyatın simvolu olmaq və təbiətin müdafiəsinə öz töhfəmizi verməkdir.

Fəaliyyətinin ilk günündən "İpəksu" keyfiyyəti əsas götürərək,  bütün istehsalat və xidmət prosesində bu prinsipə doğru irəliləməkdədir. Müştərilərə keyfiyyətli məhsulun çatdırılmasında qüsursuz xidmətin göstərilməsi əsas prioritetdir. Özünə məxsus  mineral tərkib və gözəl dada malik "İpeksu", beynəlxalq standartlara uyğun (sertifikatlar mövcuddur) olan qablar və müasir texnologiya - qablaşdırma xətti, bütünlüklə yüksək keyfiyyətli məhsulun əsasını təşkil edir. Hər bir alıcı haqqında fərdi yanaşma və qayğı, keyfiyyətli xidmətin təmin olunması ilə müştərilərin məmnunluğu missiyamızın əsasını təşkil edir. Məhz bu yanaşma nəticəsində "İpəksu" öz müştərilərinin etibarını qazanmağı bacardı.

Sağlamlıq hər bir insanın xoşbəxt həyat tərzinin mühüm şərtlərindəndir. Bu bir həqiqətdir ki, gün ərzində içilmiş suyun yetərli miqdarı sağlam həyat tərzi üçün çox əhəmiyyətlidir. İdmanla məşğul olmaq, keyfiyyətli qidalanmaq və gün ərzində içilmiş suyun yetərli miqdarı Sizin sağlam həyat tərzinizə töhfəsini verəcəkdir. Və bu həqiqəti nəzərə alaraq, "İpəksu"- yun missiyası - iş yerlərində və evlərdə öz müştərilərini sağlamlıq mənbəylərindən biri ilə təmin etməkdir.

"İpəksu" bir nemətidir. Eyni zamanda, məhz təbiət sağlam həyatın ən vacib amilidir. Bu səbəbdən də "İpəksu"  işçi prosesinin hər mərhələsində ətraf mühitin müdafiəsinə xüsusi diqqət ayırır.

yuxarı